Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:09

-

Oktyabrın 8-də Müsavat Partiyasının başqanı Arif Hacılı özünə dörd başqan müşaviri təyin edib.

Müsavat başqanının yeni müşavirləri Cahangir Əmirxanlı, Azər İsmayıl, Elman Həsənov və Dadaş Əhmədovdur.

Cahangir Əmirxanlı və Azər İsmayıl həm də Müsavatın məclis üzvləridir. Elman Həsənov və Dadaş Əhmədov partiyanın Səbail rayon təşkilatının şura üzvləridir.

Bundan öncə Müsavat başqanın müşavirələri - Hüseyn Məlik, Mustafa Hacıbəyli, Əhəd Məmmədli, Nizaməddin Quliyev idilər.

Arif Hacılı ötən ay – sentyabrın 27-də Müsavat Partiyasının 8-ci qurultayında başqan seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG