Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:37

Oktyabrın 5-dən bələdiyyə seçkiləri ilə bağlı təbliğat dayandırılır


Oktyabrın 5-də səhər saat 8-dən bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərlə bağlı təbliğat dayandırılacaq. MSK-dan verilən məlumata görə, seçkiylə bağlı bütün işlər başa çatdırılıb. Dairə və məntəqələr, eləcə də məlumatların ötürüləcəyi «Seçkilər» İnformasiya Mərkəzi hazır vəziyyətə gətirilib,


Oktyabrın 6-da 82 dairə üzrə 603 bələdiyyəyə seçki keçiriləcək. Həmin bələdiyyələrdən 141-nə təkrar, 37-nə əlavə, 405-nə yeni, 22-nə ilk seçkilər keçirilir.


MSK-nın məlumatına görə, 1931 bələdiyyə üzvlüyü uğrunda 4525 nəfər mübarizə aparacaq.


Namizədlərin sayı 4638 olsa da, Nardaran bələdiyyəsində seçkilər təxirə salındığından 11 namizədin adı bülletendən çıxarılıb, 101 nəfər isə namizədliyini geri götürüb.


Seçki marafonuna 20 partiya qoşulub. Parlament seçkilərində olduğu kimi bu dəfə də siyahıya hakim Yeni Azərbaycan Partiyası və bitərəflər başçılıq edirlər. Hakim partiyadan seçkiyə qatılanların sayı 2171, bitərəflərin sayı 2096 nəfərdir. Müsavat, Milli İstiqlal, Vətəndaş Həmrəyliyi partiyalarının hər birindən 23 nəfər namizədliyini irəli sürüb.


XS
SM
MD
LG