Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:52

Rusiyanın ABŞ-la tələbə mübadiləsi proqramı – FLEX-dən çıxması Ukrayna tələbələri üçün əlavə 100 yer yaradıb.

Ukrayna böhranına görə münasibətlərin gərginləşdiyi bir vaxtda Rusiya ötən ay bildirib ki, 2015-2016 FLEX (Gənc Liderlərin Mübadilə Proqramı) proqramına qatılmayacaq. Bu proqram 10 keçmiş sovet respublikasından tələbələr üçün təqaüd imkanı yaradır.

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə baş rəsmisi Victoria Nuland deyib ki, o, Rusiyanın “vətəndaşlarının Birləşmiş Ştatlarda təhsil almaq imkanından məhrum etmək qərarından” kədərlənib və ümid edir ki, “o qədər də uzaq olmayan gələcəkdə” Rusiya iştirakını bərpa edəcək.

“Bu arada ukraynalılar üçün əlavə 100 yer yaranır,” Nuland oktyabrın 7-də Kiyevdə tələbələr qarşısında çıxışında deyib.

Beləliklə Ukraynada FLEX proqramına 300-dən çox tələbə qatılacaq.

Rusiya üçün nəzərdə tutulmuş 240 yerin qalanı isə Gürcüstan, Moldova və Ermənistana veriləcək, The New York Times yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG