Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:16

Donetskdə “seçkilər” ertələnə bilər


Özünü “Donetsk Xalq Respublikası” (DXR) adlandıran qurumun seçki komissiyası parlament və prezident seçkilərini təxirə salmağa çağırıb. Komissiyanın sədri Roman Lyahin oktyabrın 7-də deyib ki, 2 noyabr seçkilərinin ertələnməsi üçün hələlik qərar qəbul olunmayıb, ancaq “seçki məntəqələrinin yerləşdiyi ərazilərin 15%-dən çoxu seçkilər üçün münasib deyil”.

Lyahin bildirib ki, gərəkən hazırlıqlar üçün daha bir həftə tələb olunub.

Komissiya sədri onu da əlavə edib ki, özünü “DXR baş naziri” adlandıran Aleksandr Zakharchenko hələlik prezidentlik postuna namizədlik üçün sənəd verən yeganə şəxsdir və namizəd kimi qeydiyyata alınmaq üçün “imza toplayan yeganə şəxsdir”.

Ukraynanın separatçı regionunda keçiriləcək seçkini Rusiyadan başqa ölkənin tanıyacağı gözlənilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG