Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:46

Rusiya Dağıstanda 3 şübhəli yaraqlının öldürüldüyünü deyir


Rusiya polisi Dağıstanda nəzarət məntəqəsində 3 şübhəli yaraqlını öldürdüyünü bildirir.

InterfaxTASS xəbər agentlikləri rəsmilərə istinadla bildirir ki, yaraqlılar maşın oğurlayıb və oktyabrın 8-də səhər polis postuna atəş açıblar.

Polis cavab atəşi ilə hər 3-nü öldürüb.

Məlumatları müstəqil təsdiqlətmək mümkün olmayıb.

Dağıstanda zorakılıq aktları adətən qonşu Çeçenistanda separatçı müharibəsi, mütəşəkkil cinayətkarlıq, biznes mübahisələri və klanlararası rəqabətlə izah olunur.

Mənbələrin agentliklərə bildirdiyinə görə, həmin 3 şəxs terrorçu şəbəkənin üzvü olub və maşında Kalaşnikov avtomatı, qumbara və partlayıcılar tapılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG