Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:03

Zorlamada ittiham olunan 5 əfqan bu gün asılacaq


Avqustun sonlarında Kabil yaxınlığında 4 qadını zorlamağa görə məhkum olunmuş beş əfqan oktyabrın 8-də asılacaq. Onların beşi də Kabil kənarında toydan qayıdan qadınları oğurlayıb zorlamaqda ittiham olunur.

Bu zorlama hadisəsinə dair məhkəmə əfqan televiziyasında canlı yayımlananda məhkəmə önündə etiraz aksiyaları keçirilib.

O vaxtkı prezident Hamid Karzai həmin şəxslərin məhkəməsi bitməzdən öncə asılmaqlarını istəyirdi. Karzai onların ölüm hökmünü sentyabrın 27-də, vəzifədə olduğu sonuncu gün imzalayıb.

Qrupdan iki nəfərin ölüm hökmü yetərli dəlil olmadığı üçün 20 illik həbslə əvəzlənib.

Günün bütün mövzuları

XS
SM
MD
LG