Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:43

Rusiyalı qey “evə getməyə qorxduğunu” deyir


ABŞ-Rusiya mübadilə proqramını bitirəndən sonra Birləşmiş Ştatlarda qalan rusiyalı yeniyetmənin vəkili deyir ki, gənc siyasi sığınacaq istəyir, çünki qey olması üzündən Rusiyada təqibə məruz qalacağından çəkinir.

“O, vətənə dönməyə qorxduğu üçün burada qalmaq qərarını verdi,” Miçiqan İmmiqrant Hüquqları Mərkəzinin vəkili Susan Reed AzadlıqRadiosuna deyib.

17 yaşlı gənc 2012-13 –cü illər FLEX proqramında iştirak edib, ancaq proqramının tələbinə zidd olaraq Rusiyaya qayıtmayıb.

Rusiya proqramı dayandırmasını bu hal ilə əsaslandırıb. Öncə 17 yaşlı gəncin təmsilçiləri özəl səbəbləri əsas gətirərək onun qey olduğuna görə siyasi sığınacaq istəməsini təsdiqləməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG