Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:37

Leyla Yunus Sakharov mükafatına 3 namizəddən biridir


Andrei Sakharov (Saxarov) “Azad düşüncə mükafatı”na 3 yekun namizəd müəyyənləşib. Ukraynanın “Avromaydan” hərəkatı, azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunus və konqolu həkim Deni Mukveq oktyabrın 7-də Brüsseldə keçirilən səsvermədə Avropa Parlamentinin bu mükafatına son namizədlər elan olunublar.

Maydan hərəkatı Ukraynada Victor Yanukovichin hakimiyyətdən uzaqlaşdırılmasına gətirib. Avromaydanı jurnalistlər Mustafa Nayem və Tatyana Chornovol, Eurovision müsabiqəsinin qalibi Ruslana və fəal yelizaveta Shepetilnikova təmsil edir.

Azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus hazırda həbsdədir, vətənə xəyanətdə ittiham olunurlar.

Həkim Deni Mukveq Konqo Demokratik Respublikasında cinsi təcavüz qurbanları üçün xəstəxana açıb.

Sakharov mükafatı laureatı oktyabrın 16-da elan olunacaq.

Mükafatın dəyəri 50 min avrodur, hə il insan hüquqları və fikir azadlığı uğrunda mübarizəyə görə verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG