Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 21:02

-
Andrei Sakharov (Saxarov) “Azad düşüncə mükafatı”na 3 yekun namizəd müəyyənləşib. Ukraynanın “Avromaydan” hərəkatı, azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunus və konqolu həkim Deni Mukveq oktyabrın 7-də Brüsseldə keçirilən səsvermədə Avropa Parlamentinin bu mükafatına son namizədlər elan olunublar.

Maydan hərəkatı Ukraynada Victor Yanukovichin hakimiyyətdən uzaqlaşdırılmasına gətirib. Avromaydanı jurnalistlər Mustafa NayemTatyana Chornovol, Eurovision müsabiqəsinin qalibi Ruslana və fəal Yelizaveta Shepetilnikova təmsil edir.

Azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus hazırda həbsdədir, vətənə xəyanətdə ittiham olunurlar.

Həkim Deni Mukveq Konqo Demokratik Respublikasında cinsi təcavüz qurbanları üçün xəstəxana açıb.

Sakharov mükafatı laureatı oktyabrın 16-da elan olunacaq.

Mükafatın dəyəri 50 min avrodur, hər il insan hüquqları və fikir azadlığı uğrunda mübarizəyə görə verilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG