Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:28

Polşanın xarici işlər naziri xəbərdarlıq edib ki, Moskva Ukrayna siyasətində dəyişikliklər etməsə, Rusiyaya daha sərt sanksiyalar qoyula bilər.

Grzegorz Schetyna oktyabrın 7-də Polşanın Polsat News televiziyasına danışıb.

Ukraynanın şərqində atəşkəsin pozulması Qərbin Moskvaya diplomatik təzyiqini gücləndirib. Qərb dövlətləri Rusiyanı separatçılara hərbi dəstək göstərməkdə ittiham edir, Kreml bu iddiaları yalanlayır.

“Rusiya siyasətini dəyişməsə, sanksiyalar sərtləşdiriləcək və Rusiya üzərində daha çox hiss olunacaq. Avropanın bütün ölkələri Avstraliya, Birləşmiş Ştatlar və Kanada ilə bir dildə danışır. Azad dünya bu cür siyasətə “yox” deyir. Digər ölkələr də Polşanın mövqeyini bölüşür,” Schetyna deyib.

Schetyna ötən ay xarici işlər naziri təyin olunub. Onun sələfi Radoslaw Sikorski Polşa parlamentinin spikeri seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG