Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:55

Rohani İran universitetlərinə çağırış etdi


Hassan Rohani, İran prezidenti

Hassan Rohani, İran prezidenti

İran prezidenti Hassan Rohani ölkə universitetlərini daha çox xarici tələbə və məruzəçi qəbul etməyə çağırıb.

Rohani universitetlərdə ingilis dilində təlimin yaradılmasına çağırıb və təklif edib ki, İran akademik həyatı beynəlxalq təcrübədən daha çox öyrənməlidir.

Rohani oktyabrın 7-də dövlət televiziyasında akademik ilin başlanması münasibətilə canlı çıxış edib. O, xarici aləmlə daha çox əlaqənin yaradılmasının casusluğa gətirəcəyinə dair mühafizəkarların narahatlığına əsas görmədiyini deyib.

Tehran Universitetində ingilis dilli fakültə var, ancaq İranda bütün dərslərin ingiliscə keçildiyi ali təhsil ocağı yoxdur.

Rohani PhD dərəcəsini Şotlandiya universitetində alıb. O, İranı dünya ilə təkcə siyasətdə deyil, iqtisadiyyat, elm və texnologiya sahəsində də qarşılıqlı əlaqələr yaratmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG