Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:22

«Ayna»: «Rusiya problemin həll edilməsinə imkan verməyəcək»


«Ayna» qəzetindəki «Rusiya problemin həll edilməsinə imkan verməyəcək» başlıqlı məqalədə bildirilir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana son səfəri siyasi müşahidəçilər tərəfindən birmənalı qiymətləndirilməyib. Politoloqlar bu səfər zamanı problemin həllində heç bir irəliləyiş olmayacağını deyirlər. Prezidentin beynəlxalq məsələlər üzrə keçmiş müşaviri Vəfa Quluzadə bildirib ki, həmsədrlərin səfərinin ümumi görüntüsü məsxərəni xatırladır. Prezidentlərin birbaşa dialoqunun təşkilinə gəlincə, cənab Quluzadə deyib ki, hazırda dialoqa heç bir ehtiyac yoxdur. Onun sözlərinə görə, Rusiya indi tərəflər arasında hər hansı bir sülh sazişinin əldə olunmasına imkan verməz: «Moskva qarşıdakı 5-10 il ərzində münaqişənin həll olunmasına ciddi maneçilik törədəcək».


«Bakı-Xəbər» qəzetinin əməkdaşı oktyabrın 2-də Milli Məclisin payız sessiyasının açılışında İlham Əliyevin Dağlıq Qarabağ probleminin həllilə bağlı səsləndirdiyi fikirləri şərh edib. Müəllif yazır ki, dövlət başçısının fikirlərindən bir daha aydın görünür ki, münaqişənin həllində Azərbaycanın əsas siyasəti Ermənistanın iqtisadi zəifliyindən istifadə edərək, onu danışıqlar masası arxasında geri çəkilməyə vadar etmək və bu yolla problemin çözümünə nail olmaqdır. Ekspertlər bunu daha çox iki amillə izah edirlər. Əvvəla, beynəlxalq ictimaiyyət, o cümlədən, ATƏT-in Minsk Qrupu birmənalı şəkildə hərbi əməliyyatların yenidən bərpasını rədd edir. Həmçinin hərbi əməliyyatlara start veriləcəyi təqdirdə, Rusiyanın Ermənistanın strateji partnyoru kimi, Azərbaycana qarşı hərbi sferada hansı vasitələrə əl atacağının məlum olmaması da mövcud hakimiyyətin müharibə variantına ehtiyatla yanaşmasına səbəb olur.


«Şərq» qəzetindəki «Həm­sədr prob­le­mi» də­rin­lə­şir» başlıqlı məqalədə müəllif yazır ki, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin ni­zam­lan­ma­sı pro­se­si ət­ra­fın­da ya­ran­mış si­tua­si­ya qey­ri-mü­əy­yən­lik sta­tu­su­nu qo­ru­yub sax­la­maq­da­dır. Be­lə ki, bu mü­na­qi­şə oca­ğı­nın sön­dü­rül­mə­si is­ti­qa­mə­tin­də atı­lan is­tə­ni­lən ad­dım son nə­ti­cə­də iflasa uğ­ra­yır. Müəllifə görə, in­di­ki mər­hə­lə­də ATƏT-in Minsk Qru­pu­nun həm­sədr­lə­ri­nin fəa­liy­yə­ti, ümu­miy­yət­lə, nə­zə­rəçarp­mır. Bu ba­xım­dan, həm­sədr­lə­rin fəa­liy­yət­siz­lik­də suç­lan­ma­sı əs­lin­də, heç kə­sə qə­rəz­li ya­naş­ma tə­si­ri ba­ğış­la­mır. Müəllif onu da bildirir ki, həm­sədr­lə­ri­n ha­zır­da bir sı­ra it­ti­ham­la­ra mə­ruz qal­ma­sı əs­lin­də, möv­cud si­tua­si­ya­dan qay­naq­la­nır. Ən azın­dan ona gö­rə ki, həm­sədr­lər in­di­ki mər­hə­lə­də yal­nız müx­tə­lif bə­ya­nat­lar ver­mək­lə iş­lə­ri­ni bit­miş he­sab edir­lər.


«Neft maşınqayırması ilə bağlı olan zavodlar faktiki olaraq iflic vəziyyətindədir». Bu fikri «Mərkəz» qəzetinə parlamentin İqtisadi Siyasət Daimi Komissiyasının üzvü, millət vəkili Vahid Əhmədov bildirib. Onun sözlərinə görə, bu zavodların işini əlaqələndirən, ümumilikdə onlara rəhbərlik etməli olan təşkilat «Azneftkimyamaş» da fəaliyyətsizdir: «Ona görə də bizə lazım olan neft-mədən avadanlığını böyük pullar hesabına kənardan alıb gətiririk», – deyə cənab Əhmədov bildirib. Müəllif isə yazır ki, neft maşınqayırması zavodları ilə bağlı problem təkcə bununla bitmir. Araşdırmalara görə, həmin zavodlarda bir sıra sexlər fəaliyyət göstərir. Amma təyinatına uyğun deyil, başqa məqsədlər üçün. Hətta qapı pəncərə, darvaza və s. hazırlayan neft zavodları da var.


XS
SM
MD
LG