Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:33

«İranın nüvə proqramı ətrafındakı mübahisənin həlli sanksiyalardan yox, dialoqdan keçir»


Rusiya Təhlükəsizlik Şurasının sədri İqor İvanov bu fikri oktyabrın 3-də Tehranda İranın nüvə sənayesi üzrə rəsmisi Əli Laricaniyə deyib. Cənab Laricani isə bildirib ki, Rusiya bu mübahsənin həllində səmərəli rol oynaya bilər.


Bu arada İranın nüvə rəsmisi Fransaya təklif edib ki, uran elə İran ərazisində zənginləşdirilsin. Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Haviyer Solana isə deyib ki, bu təklifə ehtiyatla yanaşmaq lazımdır, geniş təhlil aparılmalıdır. Canıb Solana Laricani ilə telefon danışığında ona xatırladıb ki, Tehranın nüvə proqramı ətrafında danışıqlar üçün vaxt məhdudlaşır. Bu fikri Birləşmiş Ştatların dövlət katibi Kondaliza Rays da təkrarlayıb.


XS
SM
MD
LG