Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:59

Beynəlxalq Valyuta Fondu gələn ilə proqnozunu azaldır


Beynəlxalq Valyuta Fondu qlobal iqtisadi artım proqnozunu azaldıb. İyul ayında gələn ilə proqnoz 4 faiz idisə, oktyabrın 7-də verdiyi proqnozda bu 3,8 faizə endirilib.

Bu il üçün iqtisadi artım proqnozu dəyişməyib- 3,3 faiz səviyyəsində saxlanılıb.

BVF proqnozunu azaltmasını avrozonada iqtisadi zəiflik və inkişaf etməkdə olan böyük ölkələrdə iqtisadi artımın azalması ilə izah edib.

Fond bildirir ki, qlobal iqtisadi zəiflik ABŞ-da dirçəlişi və İspaniya, Kanada və Meksikada vəziyyətin nisbi yaxşılaşmasını üstələyir.

Azərbaycanın yerləşdiyi MDB məkanında, Rusiyanı çıxmaqla, 2014-cü ilə iqtisadi azalma 0,4 faiz səviyyəsində proqnozlaşdırılır. İyul ayında isə 2 faiz artım gözlənilirdi. Gələn ilə artım, fondun fikrincə, 4 faiz olmalı idi, indi isə -0,4 faiz azalma proqnozlaşdırılır.

XS
SM
MD
LG