Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:26

Bakıya gələcək dünya şöhrətli cazmenlər


-

Bu ayın 19-dan 30-can Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək.

Festival günlərində ənənəvi olaraq dünyanın ən məşhur caz musiqiçiləri paytaxtda geniş konsert proqramı ilə çıxış edəcəklər.

Bu məkanlarda:

Heydər Əliyev Sarayı,

Beynəlxalq Muğam Mərkəzi,

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası,

R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı

Bakı Caz Mərkəzi.

Dünya şöhrətli musiqiçilər - Terence Blanchard, Stanley Clarke, Craig Taborn, Anat Cohen, Michel Camilo, Trilok Gurtu, Terri Lyne Carrington və başqalarının çıxışları gözlənilir.

Eyni zamanda, Azərbaycanın tanınmış caz ifaçıları və caz qrupları - Salman Qəmbərov, Elçin Şirinov, Rain Sultanov, “Rast” və “Cəngi” qrupları ilə yanaşı, istedadlı gənc caz musiqiçiləri də festival konsertlərində solo proqramlarla çıxış edəcəklər.

(Ardı aşağıda)

Bakı Beynəlxalq Caz Festivalı – 2014 çərçivəsində Heydər Əliyev Sarayında oktyabrın 21-də “Rast” qrupunun 20 il yubiley qeyd olunacaq.

Oktyabrın 22-də isə dünya şöhrətli Terence Blanchardın kvintetinin konserti keçiriləcək. Caz ifaçısını konsertdə, dirijor, Azərbaycanın Xalq Artisti Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri müşayiət edəcək.

Heydər Əliyev Sarayının növbəti qonağı oktyabrın 28-də dünya şöhrətli cazmen, peşəkar musiqiçi və bəstəkar Stanley Clarkenin qrupu olacaq.
Konsertin biletlərini şəhərin kassalarından əldə etmək mümkündür.

AzərTAc-a istinadla Oxu zalı

Günün bütün mövzuları

XS
SM
MD
LG