-
11 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirmək cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidməti məlumat yayıb ki, 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Əli İsmayılovun anası oğluna telefon vermək istəyirmiş.
Penitensiar Xidmət bildirir ki, 3 dənə mobil telefon holland pendirinin içində gizlədilib.
Nəzarətçilər telefonları müsadirə edib.