Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:04

Türkiyə şəhərlərində kürdlər nümayişə çıxıb


Suriya ilə sərhəddə Türkiyə tankları

Suriya ilə sərhəddə Türkiyə tankları

Türkiyənin bir sıra şəhərlərində yerli kürd nümayişçilərlə polis arasında toqquşmalar olub. Nümayişçilər Türkiyə hökumətinin sərhəddəki Kobani şəhərində İslam Dövləti yaraqlılarına qarşı hərəkət etməməyindən narazıdırlar.

Suriya ərazisində olan və kürdlərin yşadığı bu şəhərin əsas strateji məntəqələrini İD yaraqlıları tutub.

Türkiyədə kürd nümayişçilər İstanbulda, eləcə də kürdlərin yaşadığı Diyarbakırda, Mərdində küşələrə çıxıblar. Onları nümayiçə PKK səsləyir.

Oktyabrın 7-də Brüsseldə də nümayiş olub. Kürdpərəst nümayişçilər beynəlxalq aləmi Kobanidə hərəkət etməyə çağırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG