Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:44

Frankfurtda ənənəvi beynəlxalq kitab sərgisi açılır


Foto arxiv
Foto arxiv

-

Oktyabrın 8-dən 12-dək Almaniyanın Frankfurt şəhərində növbəti beynəlxalq kitab sərgisi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, Azərbaycanın-- onun mədəniyyətinin, nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təmsil olunması məqsədilə mütəxəssislər və yerli nəşriyyat nümayəndələrindən ibarət heyət Frankfurta yola düşüb.

Frankfurt Kitab Sərgisi Beynəlxalq sərgilər sırasında nüfuzu, iştirakçıları və ziyarətçilərin sayının çoxluğu, dünyanın müxtəlif kitab mədəniyyətlərinin təmsil olunması baxımından seçilir.

Hər il təşkil olunan sərgiyə təqribən 250 000 ziyarətçi və bir çox ölkələrdən iştirakçılar gəlir.

İndiyədək bu sərgidə Azərbaycan bir neçə dəfə təmsil olunub.

Xəbərdə billdirilir ki, bu ilki sərgidə 220 illik yubileyi qeyd edilən görkəmli şair Mirzə Şəfi Vazehlə bağlı müvafiq tədbirin keçirilməsi, Azərbaycan həqiqətlərini dünyaya çatdıran kitab və digər nəşr məhsullarının, eləcə də, çox sayda turizm materiallarının nümayişinin və 2015-ci ildə Bakıda keçiriləcək İlk Avropa Oyunlarının geniş təbliğatı nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG