Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:24

-

Rusiya və İranın Xəzəri hərbi cəhətdən Qərbə bağlamasının Azərbaycan üçün hansı nəticələri ola bilər?

Neftin yuxarı qiymətləri artıq arxada qalır.

İslam Dövləti yaraqlıları 21 ölkənin istehsalı olan silahdan istifadə edir.

Rubl dollara nisbətən düşür. Ancaq indiyə kimi dollar almayanlara və indi almaq istəyənlərə məsləhət görülür ki, bir az gözləsinlər.

Dünya mediası bu gün nədən yazır?

Rusiya və İran Xəzər dənizini NATO-nun üzünə bağlayırlar. Bunu “Diplomat” dərgisi yazır. İran və Rusiya Xəzəryanı ölkələr arasında yekdil konsensusa nail oldular ki, Xəzər dənizində xarici hərbi qüvvə ola bilməz. Bu da Xəzərdə NATO-nun gələcək hər hansı mövcudluğunu istisna edir.

“Diplomat” dərgisi yazır ki, Rusiya və İranın Qərblə diplomatik gərginliyi artır, onlara Qərbin Xəzərdə hərbi mövcudluğu təhlükləsi də artır. “Xəzər Dənizində Qanun və Siyasət” kitabının müəllifi, xarici siyasət eksperti Bahman Diba deyir ki, “Ukrayna və Gürcüstan kimi ölkələrdə baş verənləri görən Rusiya Soyuq Müharibə dövrünə qaytaran xarici siyasəti canlandırır.” “İran isə qorxur ki, Qərb Xəzəryanı ölkələrdən İranın nüvə proqramına təzyiq kimi istifadə etsin.”

Xəzərdə xarici hərbi qüvvənin olmaması nələrə gətirə bilər? ABŞ-ın İndiana Universitetində professor olan Dmitry Shlapentokh deyir ki, “Rusiya Türkmənistandan

Azərbaycana transxəzər kəmərinin çəkilişinin əleyhinədir. Azərbaycan və Türkmənistan bu kəməri çəkmək istəsə, Rusiya bunun qabağını almaq üçün hərbi gücdən istifadə edə bilər. Əgər NATO bazası olsaydı, Rusiya yəqin ki, bununla barışardı və layihə reallaşardı. “

NEFTİN YUXARI QİYMƏTLƏRİ KEÇMİŞDƏ QALIR

“Dünyada neft istehsalı azalır, ən əsası, tələbat azalır. Qlobal neft bazarı ola bilsin ki, həlledici nöqtədədir. Neft bazarı defisit, yəni neft çatışmazlığı dövründən neft bolluğu dövrünə keçir.” Yəni, neftin yuxarı qiymətləri dövrünün yerinə neftin aşağı qiymətlər dövrü gəlir.

Bunu Reuters yazır. İyun ayından neftin qiyməti 20 faiz düşüb. 4 il idi ki, neftin 100 dollardan yuxarı qiyməti norma idi. İndi isə Çinin iqtisadi artımı azalır. Liviya və İraq neft istehsalını bərpa edir. Dünyada neft tarixinin ən tanınmış bilicilərindən olan Daniel Yergin deyir ki, ən əsası ABŞ-da neft istehsalı yüksəlir. Bu da neft bazarında tarazlığı pozub.

O deyir ki, Rusiyaya qarşı sanskiyalar, Yaxın Şərqdə vəziyyətin gərgin olmağı neftin qiymətini qaldıra bilmirsə, bu, artıq güclü əlamətdir.

2008-ci ildə neftin 150 dollarlıq qiyməti pik nöqtəsi olub. Bundan sonra neft hətta 40 dollardan da aşağı həddə düşdü.

İD SİLAHI HARDAN ALIR?

İslam Dövləti yaraqlıları silahı hardan alır?

Foreign Policy məcmuəsi yazır ki, Conflict Armament Research adlı təşkilat İD silahaları ilə bağlı məlumatları təhlil edib. Təşkilatın gəldiyi nəticə budur ki, İD yaraqlıları 21 ölkədə düzəlmiş silahla silahlanıb. Onların silahları arasında ABŞ, Rusiya, Çin silahları var.

Onlar silahı İraq və Suriya kimi münaqişə ocaqlarından əldə edir ( burda silah boldur) və ya Sudan kimi silah ixrcatçılarından alır.

İD yaraqlılarının silahının çoxu döyüş meydanında ələ

keçirilib. Ancaq İD neftdən böyük gəlir götürür və silahı birbaşa istehsalçılardan almağa da pulu var.

Conflict Armament Researchin son araşdırmasını Avropa Birliyi maliyyələşdirib. Təşkilat münaqişə zonalarına müstəntiqlər göndərib ki, İD hansı silahlardan istifadə edir. Onlar iyul ayından avqust ayına kimi İraqın şimalında və Suriyanın şimalında kürd döyüşçüləri ilə birlikdə silah daraqları yığıblar. Pulemyot,avtomat, tüfəng və tapançalara aid 1700 silah darağı və eləcə də mərmi nümunəsi toplanıb.

Bunları təhlil edəndə məlum olub ki, məsələn, bir daraq 1945-ci ildə SSRİ-də istehsal olunub.

Bu, silahların nə qədər uzun ömürlü olmasına sübutdur. 1700 daraq əsasında müəyyən olunub ki, bunlardan 492-si SSRİ-də və Rusiyada istehsal olunmuş silahlara aiddir.

Rusiya və SSRİ Suriyanın əsas silah təchizatçısı olub və İD Suriya qoşunları ilə vuruşanda bunları ələ keçirib.

İD silahları arasında ikinci yerdə ABŞ-da istehsal olunan silahlar gəlir. 1700 daraqdan 323-ü ABŞ-da istehsal olunan silahlara aiddir. O cümlədən M16A4 avtomatik tüfənginə. Bu tüfəngin istehsal olunduğu və Missuri ştatında yerləşən zavod gündə 4 milyon xırda çaplı silah və sursat istehsal edir.

Hesabtda başqa maraqlı nəticələr də var. Məsələn, Suriyada M16 avtoimatik karabini əldə etmək mümkün deyil. İD İraqın Mosul şəhərinin tutandan iki həftə sonra Suriyada döyüşlərdə M16 tüfəngindən istifadə ediblər.

Bu da “İD yaraqlılarının yüksək hazırlığını göstərir. Çünki silahdan döyüşdə yalnız o vaxt istifadə oluna bilər ki, silahla tam davrana biləcəyinə arxayınsan.”

RUBL DÜŞÜR, ANCAQ DAYANA BİLƏR

Rusiyada rubl dolara nisbətən düşməkdə hər gün yeni rekord vurur. Son 3 ayda rubl 16 faiz düşüb. Financial Times qəzeti yazır ki, 1 dollar 40 rublu keçdi və

1 dollara 40 rubl həddi xarici valyuta ilə borcu olan Rusiya şirkətləri üçün həlledici həddir.

Bundan o tərəfə, valyuta ilə borcu olan şirkətlərin vəziyyəti kəskin pisləşir. Deutsche bankın təhlilinə görə

vəziyyət pisiləşsə də Rusiya prezidenti ölkənin 460 milyard valyuta ehtiyatı olduğunu bildirərək Rusiyanın indiki vəziyyətə hazır olduğunu deyir.

Son vaxtlar rubl düşdükcə bunun sonunun görünmədiyini deyən təhlilçilər bu dəfə rublun enişinin dayana biləcəyini güman edir. Saxo bankın təhlilçisi John Hardly deyir ki. dolların güclənməyi dayana bilər.

Morgan Stanly bankının təhlilində isə müştərilərə məsləhət görülür ki, doların rubla nisbətən gələcək artımına ümid edib əlavə dollar almaqdan çəkinsinlər. Ancaq bu məsləhət indiki qiymətlərə aiddir. Təhlildə deyilir ki, dolların rubla nisbətən müvəqqəti düşməsini gözləyib, həmin vaxt dollar almaq lazımdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG