Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:22

İlqar Məmmədov 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb


İlqar Məmmədov

İlqar Məmmədov

İlqar Məmmədov Bakının Binə qəsəbəsindəki 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə REAL Hərəkatından Azər Qasımlı oktyabrın 7-də facebook səhifəsində yazıb:

“İlqar Məmmədovun həyat yoldaşına bir az əvvəl zəng edilib. Onun 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyü bildirilib və əlavə edilib ki, İlqar bəy bir neçə gün karantində qalacaq. Yalnız bundan sonra onunla görüşüb sovqat vermək mümkün olacaqmış. Bundan artıq heç bir məlumat verilməyib. Buna baxmayaraq narahatçılığımız hələ də davam edir”.

Azər Qasımlının sözlərinə görə, İlqar Məmmədovun vəkilləri ilə görüşə icazə verilmədiyindən bu məlumatın nə qədər həqiqətə uyğun olduğu bilinmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG