Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:42

İlqar Məmmədovun ailəsi işgəncə ehtimalından danışır


İlqar Məmmədov
İlqar Məmmədov

-
İLQAR MƏMMƏDOV 2 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLÜB

İlqar Məmmədov Bakının Binə qəsəbəsindəki 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə REAL Hərəkatından Azər Qasımlı oktyabrın 7-də facebook səhifəsində yazıb:

“İlqar Məmmədovun həyat yoldaşına bir az əvvəl zəng edilib. Onun 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyü bildirilib və əlavə edilib ki, İlqar bəy bir neçə gün karantində qalacaq. Yalnız bundan sonra onunla görüşüb sovqat vermək mümkün olacaq. Bundan artıq heç bir məlumat verilməyib. Buna baxmayaraq narahatçılığımız hələ də davam edir”.

Azər Qasımlının sözlərinə görə, İlqar Məmmədovun vəkilləri ilə görüşə icazə verilmədiyindən bu məlumatın nə qədər həqiqətə uyğun olduğu bilinmir.

***
REAL hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədovanın müraciəti yayılıb. Müraciət İlqar Məmmədovun bloqunda yerləşdirilib.

Müraciətdə xanımı İlqar Məmmədovun harada olması barədə məlumatsızlıqdan narahatlıq bildirir:

“Qondarma ittihamlarla, siyasi baxışlarına görə qanunsuz olaraq məhkum olunmuş İlqar Məmmədov barəsində 10 gündən artıqdır ki, Cəzaların İcrası Məcəlləsinin tələblərinə zidd olaraq harada saxlanılması barədə ailəsinə heç bir məlumat verilmir. 10 gün əvvəl bizə İlqar Məmmədovun Şəki İstintaq Təcridxanasından 3 saylı İstintaq Təcridxanasına köçürülməsi barədə məlumat verilmiş, bundan sonra isə qəti olaraq hər hansı məlumat verilməsindən imtina edilir. Həmçinin onunla görüşə, sovqat qəbuluna imkan verilmir. Şəkidə olarkən sonuncu telefon danışığı zamanı ona əfv ərizəsi yazılması üçün ciddi təzyiqlərin olmasını bildirdiyindən və bu qədər müddətdə məlumatsız olmağımız ona işgəncə verilməsi ehtimallarını artırır. İnsan Hüquqları Üzrə Ombudsman, Qırmızı Xaç Komitəsindən təcili olaraq İlqar Məmmədovla görüşməni, həmçinin onun yeri barədə ailəsinə məlumat verilməsinin təmin edilməsində köməklik göstərilməsini xahiş edirik”.

Ombudsman Aparatı və Qırmızı Xaç Komitəsindən hələlik bu müraciətə reaksiya almaq mümkün olmayıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidməti isə bir müddət öncə bildirib ki, «tabeliyindəki müəssisələrdə saxlanılan təqsirləndirilən şəxslər və məhkumlar barədə müvafiq məlumatlar onların ailə üzvlərinə qanunvericilikdə müəyyən olunmuş müddətdə və qaydada çatdırılır».

İlqar Məmmədov ötən ilin yanvarında İsmayıllı hadisələrinə görə saxlanıb və ona 7 il həbs cəzası kəsilib. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi sifariş sayır.

XS
SM
MD
LG