Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:55

İtkin düşmüş krımlı ölü tapılıb


Sentyabrın sonunda itkin düşmüş Krım tatarı ölü tapılıb. Edem Asanovun bacısı Fəridə oktyabrın 6-da AzadlıqRadiosuna deyib ki, Asanovun meyiti Krımın Yevpatoria şəhərində morqdadır və bu gün Saki şəhərində dəfn olunacaq.

Fəridə yalnız adını deyib, ətraflı danışmayıb.

Tatar icmasının üzvləri deyir ki, bir neçə Krım tatarı oğurlanıb. Onlar bunu Rusiyanın anneksiya edilmiş yarımadanın türkdilli müsəlman azlığına qarşı qısnama və təhdid kampaniyası adlandırır. Tatarlardan çoxu Rusiyanın anneksiyasına qarşı çıxır.

Asanov sentyabrın 29-da itkin düşüb, ancaq Krım hakimiyyəti bu barədə heç nə deməyib.

Daha iki Krım tatarı – Islam DzhepparovDzhevdet Islamov sentyabrın 27-də itkin düşüb, hələ də tapılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG