Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:22

"Baku Guide" bələdçi kataloqunun oktyabr sayı çıxıb


"Baku Guide" kataloqu
"Baku Guide" kataloqu

-

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr olunan "Baku Guide" bələdçi kataloqunun oktyabr sayı işıq üzü görüb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, "Bakı haqqında hər şey" (“All about Baku") konseptində Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşr paytaxta təşrif buyuran turistlər və aktiv mədəni istirahətə üstünlük verən şəhər sakinləri üçün nəzərdə tutulub.

Kataloqun budəfəki sayında teatr və konsert müəssisələrinin oktyabr ayı üçün repertuarı, ənənəvi Bakı Caz Festivalının konsert proqramları, habelə Bakının küçə və meydanları, şəhər və şəhər ətrafındakı görməli yerlər, tarixi məkanlar, mədəniyyət ocaqları haqqında məlumatlar, Qobustan, Atəşgah məbədi, Qala etnoqrafik qoruğu haqqında yazılar var.

Bu sayda eləcə də, Göyçayda keçiriləcək növbəti Nar bayramı, Simens qardaşlarının fəaliyyətinin 150 illiyi ilə bağlı materiallar, Azərbaycanda şəbəkə sənəti, milli geyim, milli mətbəx, kənd turizmi haqqında qısa, illüstrativ tanıtım məqalələri verilib.Turistləri maraqlandıracaq əlamətdar hadisələr də diqqətdən yayınmayıb.

18 oktyabr - Müstəqillik Günü münasibətilə Azərbaycan Dövlət himninin mətni ingilis dilində təqdim olunub.

"Bakı haqqında təəssürat" bölməsində məşhur fransız aktyor Jerard Depardyenin paytaxtla bağlı fikirləri verilib.

İnformasiya bölməsində turistlər üçün onları maraqlandıra biləcək suallar da cavablandırılıb.

"Bakını "City sightseeng"lə kəşf edin", "Bakıdan xatirə", turizm agentləri, aviakassalar, hava yolları kimi bölmələr də paytaxtın qonaqları üçün mühüm informasiya qaynağıdır.

Turistləri və şəhərin qonaqlarını maraqlandıran hotel, restoran, ticarət və əyləncə məkanları haqqında məlumatlar, avtomobil kirayəsi, fövqəladə hallarda yardım

almaq üçün çağrı mərkəzlərinin əlaqə nömrələri və s. kataloqda öz əksini tapıb.

XS
SM
MD
LG