Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:07

Tbilisidə “Beynəlxalq Caspian Energy Forum – 2014" keçiriləcək


Noyabrın 14-də Tbilisidə ikinci “Beynəlxalq Caspian Energy Forum – 2014” keçiriləcək.

AzərTAc xəbər verir ki, Gürcüstanın iri banklarından olan “PAŞA Bank Georgia”“Cross Caspian Oil & Gas Logistics LLC” forumun qızıl sponsoru qismində çıxış edirlər.

“PAŞA Bank Georgia” direktorlar şurasının sədri Şahin Məmmədov bildirib ki, “Beynəlxalq Caspian Energy Forum – 2014” Gürcüstan iqtisadiyyatının müxtəlif istiqamətlərinin müzakirə platformasına çevrilməklə yanaşı, həm də yeni investisiyaların cəlb olunmasına və Xəzər-Qara dəniz regionu ölkələrinin maliyyə sektorunun inteqrasiyasına yol açacaq”.

Əsrin müqaviləsi”nin 20 illik yubileyi şərəfinə təşkil olunacaq forum çərçivəsində Xəzəryanı ölkələrin neft strategiyasını təmsil edən “Caspian Energy” jurnalının da 15 illik yubileyi qeyd ediləcək.

Forumun “Caspian European Club”un (CEIBC) ümumi iclası formatında hər il keçirilməsi nəzərdə tutulur.

Tədbirdə Gürcüstanın, həmçinin Xəzər- Qara dəniz və Aralıq dənizi regionları ölkələrinin dövlət qurumlarının, nazirliklərinin, komitə və müəssisələrinin rəhbərləri, Gürcüstanda fəaliyyət göstərən diplomatik və beynəlxalq missiyalarının nümayəndələri, eləcə də iri beynəlxalq şirkətlərin təmsilçiləri iştirak edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG