Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:36

Makedoniyada azı 17 nəfər casusluğa görə məhkum olundu


Makedoniyada azı 17 nəfər 15 ilədək həbs cəzası alıb. Bu, 1991-i ildə Yuqoslaviyadan ayrılandan bəri ölkədə ilk casusluq işi idi.

Hakim Gojko Ristov deyib ki, məhkəməyə təqdim olunan dəlillər təqsirləndirilənlərin günahını sübuta yetirib.

Yerli medianın yazdığına görə, qrup Yunanıstan və Macarıstanın kəşfiyyat xidmətlərinə gizli informasiya satıb.

Əsas şübhəli, Makedoniya gizli xidmətinin keçmiş əməkdaşı Marjan Efremov 15 illik həbs cəzası alıb. Keçmiş polis generalı Goran Stojkov-a 9 illik cəza verilib. Digər təqsirləndirilənlərə daxili işlər nazirliyi və parlament rəsmiləri daxildir.

Məhkəmə bildirir ki, casus bandası 2009-cu ildə yaradılıb və 2012-ci ilədək fəaliyyətdə olub. Şübhəlilər ötən il sentyabrında saxlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG