Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:11

BMT-nin nüvə agentliyinin ekspertləri oktyabrın 7-də Tehranda İranın atom proqramına dair vacib məsələləri müzakirə edəcəklər. Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktor müavini Tero Varjoranta nümayəndə heyəti ilə Tehrandadır. Agentlik İranın nüvə fəaliyyətinin hərbi aspektlərinin olub-olmamasını öyrənmək istəyir.

İran avqustun 25-dək agentliyə bu məsələyə dair informasiya verməliydi, ancaq bu öhdəliyə əməl etməyib.

Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov oktyabrın 6-da deyib ki, Tehranla 6 dövlətin noyabrın 24-dək İranın nüvə proqramına dair son razılaşma əldə edə biləcəyinə inanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG