Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:46

AB təmsilçisi rus “ayısı”na balanslı yanaşmadan danışır


Avropa Birliyinin xarici siyasət komissarı olacaq Federica Mogherini deyib ki, AB Rusiyaya qətiyyət və taktika ilə yanaşmalıdır. Mogherini Avropa Parlamentində təsdiqlənməsinə həsr olunmuş dinləmədə danışıb. O, deyib:

“Deyərdim ki, bizə inam və diplomatiyanın qarışığı lazımdır. Balans həmçinin rus ayısının reaksiyasından asılı olacaq”.

AB-nin bəzi şərqi üzvləri Mogherini-nin nominasiyasını kəskin tənqid ediblər. Onların fikrincə, İtaliyanın keçmiş xarici işlər naziri və sağ mərkəzçi siyasətçi olması bu xanımın Moskvaya Ukrayna böhranındakı roluna görə yumşaq yanaşdığını göstərir.

Mogherini onu da deyib ki, AB şərq qonşularına daha çox diqqət ayırmalıdır. Onun sözlərinə görə, AB “Ukraynanın təhlükəsizliyi, institusional islahat və siyasi proseslərinə tam dəstək verməlidir. O, Ukrayna ilə rusiyayönlü separatçılar arasında atəşkəs razılaşmasının “tam icrasının” vacibliyini vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG