Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:55

UEFA prezidenti Platini 26 min dollarlıq saatı geri qaytardı


UEFA prezidenti Michel Platini lüks saatı geri qaytarıb.

Saatın qiyməti 26 min dollardır.

Almaniyanın Die Welt qəzeti yazır ki, UEFA-nın media direktoru Pedro Pintonun sözlərinə görə, Platini saat məsələsini bitmiş hesab edir.

Keçən ay Platini deyirdi ki, o, saatı geri qaytarmayacaq, çünki bu saatları FİFA-nın icraiyyə komitəsinin bütün üzvlərinə bağışlayıblar. Platini bildirirdi ki, saatı qaytarmaycaq, əvəzində saatın qiyməti qədər pulu – 26 min dolları xeyriyyəyə verəcək.

Braziliyada Futbol üzrə Dünya Kubokunda Braziliya Futbol Federasiyası 65 hədiyyə bağlaması düzəltmişdi və Braziliya Federasiyası FİFA-nın İcraiyyə komitəsinin üzvlərinə, Dünya Kubokunda oynayan 32 ölkənin federasiya rəhbərlərinə, Cənubi Amerika Konfederasiyası üzvlərinə hərəyə bir bağlama verdi. Bağlamada qiyməti 26 min dollar olan Parmigiani saatı vardı.

Ancaq sonradan FİFA-nın etika palatası qərar verdi ki, saatların hamısı geri qaytarılmalıdır. Hətta oktyabrın 24-nə kimi vaxt qoyulub.

XS
SM
MD
LG