Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:52

Müdafiə Komitəsi Mövsüm Səmədovun həyatından narahatdır


Mövsüm Səmədov

Mövsüm Səmədov

-

İslam Partiyasının sədri Mövsüm Səmədovun həyatı barədə narahatçılıq var.

İslamçıların Hüquqlarını Müdafiə Komitəsinin yaydığı bəyanatda belə deyilir.

Komitə sədri Natiq Kərimov AzadlıqRadiosuna deyib ki, Mövsüm Səmədovun dalbadal karserə (cəza kamerası) salınması, sonra da Qobustan qapalı həbsxanasına göndərilməsi onlarda narahatçılıq yaradıb.

«Həbsxanada Mövsüm Səmədova, o cümlədən, həbsdə olan digər ilahiyyatçılar Tale Bağırov və Abgül Süleymanova qarşı sərt münasibət var. Bu, onlara qarşı siyasi qisasçılıq və tədrici fiziki terror niyyətindən xəbər verir» - bəyanatda bildirilir

Bəyanat müəllifləri bu hallara təcili son qoyulmasını tələb edirlər:

«Əks təqdirdə, baş verə biləcək istənilən xoşagəlməz hal və hadisənin məsuliyyətini birbaşa olaraq Penitensiar Xidmət daşıyacaq».

Penitensiar xidmət rəisinin köməkçisi Yaşar İsakov AzadlıqRadiosuna məsələni araşdıracaqlarını bildirib.

Mövsüm Səmədov 2011-ci ilin yanvarında həbs olunub. O, hakimiyyəti zorla ələ keçirməyə cəhddə təqsirli bilinərək 12 il azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG