Dünyanın ən məşhur kompüter istehsalçılarından olan Hewlett-Packard 2 şirkətə parçalanmaq qərarı verib. Şirkət özünün kompüter və printer biznesini texnoloji xidmət əməliyyatlarından ayırır.
Kompüter və printer istehsal edən bölmənin adı HP olaraq qalacaq. Digər bölmənin adı isə Hewlett-Packard Enterprise olacaq. Bu bölmə serverlər, proqramlarla məşğul olacaq.
Şirkət son illər on minlərlə işçisini ixtisar edib.
HP 1939-cu ildə Hewlett və Packard tərəfindən bir qarajda yaradılıb. Ora indi Kaliforniyada Silikon Vadisidir.
Hazırda HP-də 300 min işçi çalışır.