Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:44

Qubad İbadoğlu tərəfdarları ilə görüşüb


Oktyabrın 6-da Müsavat Partiyasının başqanlığın keçmiş namizədi Qubad İbadoğlu öz tərəfdarları ilə görüşüb. Musavat.com-un verdiyi xəbərə görə, Qubad İbadoğlu çıxışında bildirib ki, Müsavat bir nəfərin, bir ailənin partiyası deyil:
“Məqsədimiz partiyanın güclənməsidir. Seçkiyə qatılmağımızın da səbəbi bu idi”.

Qubad İbadoğlu deyib ki, seçki günü və seçkidən əvvəl pozuntular baş verib. Onların əlində isə bunu sübut edən faktlar var. Qubad İbadoğlu bildirib ki, bu faktlar araşdırılması üçün partiya rəhbərliyinə təqdim ediləcək.

O, partiyanın güclənməsi üçün bir neçə təklif irəli sürüb və bunu tərəfdarları ilə bölüşüb. Q.İbadoğlu həmçinin qeyd ki, irəli sürülən təkliflərin 2015-ci il yanvarın 1-də qədər yerinə yetirilməsi üçün partiya rəhbərliyinə vaxt verirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG