Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:00

Mike Tyson hansı kitabları oxuyur


Mike Tyson
Mike Tyson

-

Rinqdə qulaq dişləyən, rəfiqəsini zorlayan qalmaqalçı Tyson hara, kitab oxumaq hara - kimsə düşünə bilər.

Amma boks üzrə keçmiş dünya çenpionu Mike Tyson fəlsəfə həvəskarıdır, ən çox sevdiyi filosof isə Nietzsche-dir.

“Wall Street Journal” yazır ki, 48 yaşlı Tyson fəlsəfəyə olan sevgisini “filosofların çoxunun siyasi cəhətdən korrekt olmaması, yəni status-kvoya, hətta allaha üsyan etməsi” ilə bağlayır. “Nietzsche dəlidir, onu doğrudan da anlamaq üçün IQ-ün (intellekt əmsalı – red.) azı 300 olmalıdır”.

“Allah ölüb” deyən Nietzsche-dən başqa Tyson danimarkalı filosof Kierkegaard-u oxuyur.

Konkret olaraq, Gordon Marino-nun redaktəsi ilə nəşr edilmiş "The Quotable Kierkegaard" (Kierkegaard-dan sitatlar) kitabını. Danimarkalı filosof da daim xristianlığı tənqid edib, din adamları ilə münaqişədə olub.

Friedrich Wilhelm Nietzsche
Friedrich Wilhelm Nietzsche

“Filosoflardan başqa mən mütəmadi tarix kitabları oxuyuram” – deyir Tyson: “Müdrik adamlardan biri yaxşı deyib ki, keçmiş sadəcə, məzəli geyimlərə bürünmüş indidir”.

Boksçu Makedoniyalı İsgəndər haqda oxumağı sevir. Məsələn, Sean Patrick-in “Böyük İsgəndər: Dünyanı fəth etmiş makedoniyalı” kitabını.

Makedoniyalı İsgəndərin “Kölgədə keçən uzun ömürdənsə şöhrət içində keçən qısa ömür yaxşıdır” sözləri Tyson üçün bir deviz olub.New York-un ən kriminallaşmış rayonlarından olan Brooklyn-dən (Brownsville) çıxan, 12 yaşınacan polis tərəfindən 37 dəfə saxlanmış Tyson deyir:

“Mən həbsxanaya düşüb-çıxan bir adam kimi ya gülləyə tuş gəlib ölməyimi, ya da residivist oğru kimi günümün davalarda keçməsini gözləməliydim”.

O ki qaldı İsgəndərin şəxsiyyətinə...

Napoléon Bonaparte və Joséphine de Beauharnais
Napoléon Bonaparte və Joséphine de Beauharnais

“İsgəndər, Napoleon, Çingiz xan – onların hamısı ana uşağı olublar. Məhz buna görə İsgəndər daim hücumda olub. Çünki anasının hökmran olduğu evinə qayıtmaq istəmirdi”.

Boksçu məktub oxumağın da həvəskarıdır: “Napoleon-un Josephine-ya sevgi məktublarını oxuyun, görəcəksiniz ki, məhəbbət əslində dəliliyin bir formasıdır”.

İngilis yazıçısı Virginia Woolf-un, paltarının ciblərinə daş doldurub özünü suda boğmasından əvvəl ərinə yazdığı məktubu da oxuyub Tayson:

“Mənim yüngül şeylər oxumaqla aram yoxdu. Mən yüngül mövzuları xoşlayan oğlanlardan deyiləm”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG