Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:31

Iran "Washington Post"un müxbirini həbsdə saxladı


 Jason Rezaian və Yeganeh Salehi

Jason Rezaian və Yeganeh Salehi

Rəsmi Tehran iranlı jurnalist Yeganeh Salehini azad edib, ancaq onun əri “Washington Post” qəzetinin müxbiri Jason Rezaian həbsdə qalır. Salehi Birləşmiş Ərəb Əmirliyində ingilis dilində çıxan “The National” qəzetinin müxbiridir.

O, rəsmi ittiham irəli sürülmədən 2 ay həbsdə qalıb.

Rezaianın həm ABŞ, həm də İran pasportu var.

Salehi və Rezaian iyulun 22-də öz evlərində həbs olunmuşdu.

İran hakimiyyəti onların niyə tutulmasının detallarını açıqlamır.

Nyu Yorkda qərarlaşan Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, İranda 35 jurnalist həbsdədir. İran həbsdə olan jurnalistlərin sayına görə, dünyada birinci 3 ölkə arasındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG