Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:41

Fransa məhkəməsi qazaxıstanlı oliqarxı girov müqabilində azad etməkdən imtina etdi


Fransa məhkəməsi Qazaxıstandan olan keçmiş oliqarx Mukhtar Ablyazovu girov müqabilində azad etməkdən imtina edib.

Məhkəmənin oktyabrın 6-da verdiyi qərara görə, Ablyazov həbsdən buraxılsa, onun Fransada qalacağına təminat azdır.

Ablyazov Qazaxıstanı 2009-cu ildə tərk edib. 2013-cü ildə Fransada həbs olunub.

O, Qazaxıstanın BTA Bankından 6 milyard dollar mənimsəməkdə ittiham olunur.

Nazarbayevin tənqidçisi olan Ablyazov özünə qarşı ittihamı siyasi motivli adlandırır.

Onun verilməsini Fransadan Ukrayna və Rusiya da xahiş edir.

Ablyazovun bu ölkələrə verilməsi məsələsinə məhkəmə oktyabr ayının sonunda baxacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG