Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:36

-

Oktyabrın 6-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belarusa rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Alyaksandr Lukashenka ilə görüşüb.

Görüş zamanı Elmar Məmmədyarov Azərbaycan prezidenti İlham Əliyevin səmimi salamlarını Belarus prezidentinə çatdırıb.

Alyaksandr Lukashenka onun da səmimi salamlarının və xoş arzularının Azərbaycan prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.

Belarus prezidenti iki ölkə arasındakı əlaqələrin yüksək inkişaf səviyyəsindən məmnunluğunu ifadə edərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. O, bu istiqamətdə atılan səyləri dəstəklədiyini bildirib.

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası tərəfindən də iki ölkə arasındakı əlaqələrin inkişafının yüksək qiymətləndirildiyini və beynəlxalq məsələlərə münasibətdə ölkələrimiz mövqelərinin üst-üstə düşdüyünü deyib. O, Azərbaycanın ticarət dövriyyəsinin artırılması istiqamətində ardıcıl səylər göstərdiyini bildirib.

Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG