Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:34

-

Biləsuvarda məskunlaşan Cəbrayıllı məcburi köçkün ailəsi faciəylə üzləşib – ailənin 9 yaşlı övladını – Fəridi dişləyən it onun qolunu, ayağını yaralayıb, cinsiyyət üzvünü qoparıb.

Modern.az ilkin tibbi yardımdan sonra Fəridin Bakıya gətirildiyini yazır.

Mərkəzi Klinik Xəstəxanada Fərid iki dəfə cərrahi əməliyyat keçirib. Həkimlər uşağın həyatına təhlükənin sovuşdurulduğunu bildirirlər.

Fəridin babası Allahyar Ağakişiyev AzadlıqRadiosuna dediyinə görə, indi nəvəsi özünü yaxşı hiss edir. Xəstəxana ödənişli olduğundan xərcləri qarşılamaq imkanlarının tükəndiyini söyləyən baba ilk iki əməliyyatın xərcini ödəməkdən ötrü bankdan kredit götürdüyünə diqqət çəkib.

«CİNSİYYƏT ORQANININ BƏRPASI ÜÇÜN ƏMƏLİYYATA EHTİYAC VAR»

Allahyar Ağakişiyevin sözlərinə görə, həkimlər cinsiyyət orqanının bərpası üçün Fəridin 3-cü dəfə əməliyyat edilməsinin vacibliyini bildiriblər:

Allahyar Ağakişiyev

Allahyar Ağakişiyev

«Ağız boşluğundan dəri götürəcəklər. Amma bu əməliyyata qədər Fəridin tam sağalması lazımdır. Azı 10-13 gün burdayıq, sonra evə çıxa bilərik. 3 aydan sonra 3-cü əməliyyata gəlməliyik. Əməliyyat uğurlu alınsa, daha sonra uşağın nəsilvermə qabiliyyətinin olub-olmayacağı yoxlanacaq. Problem çıxsa, bunun da müalicəsinə başlanacaq».

«ARTIQ SATILASI HEÇ BİR ŞEY QALMAYIB»

Allahyar Ağakişiyev deyir ki, indi gündəlik xəstəxana xərcini ödəmək üçün ona kömək ediblər, amma bundan sonra yaranacaq xərclər də onun imkanı xaricindədir.

Fəridin atası onurğa probleminə görə çalışa bilmir. Anası isə süd vəzi xərçəngindən əziyyət çəkir. Allahyar Ağakişiyev modern.az-a evdə olan hər şeyi satdıqlarını söyləyib: «Artıq satılası heç bir şey qalmayıb».

Şərhləri göstər

XS
SM
MD
LG