Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:54

-

200 min adam arasında sorğuda London birinci olub.

Almaniyanın keçmiş kansleri Kohlun söhbətləri əsasında kitab çıxıb. O, Merkel haqda deyir ki, Merkel vaxtilə heç çəngəl-bıçağı da düzgün tuta bilmirdi.

İslam Dövləti yaraqlıları nüvə silahı arzsundadır. Bunu onlardan tapılan sənəd göstərir.

Dünya mediası bu gün nədən yazır?

London işləməyə ən yaxşı yer hesab olunub. Sorğuda London Nyu Yorku və Parisi qabaqlayıb.

Boston Consulting Group və totaljobs.com-un keçirdiyi sorğuda rəyi soruşulan hər 6 nəfərdən biri işləməyə ən yaxşı yer kimi Londonu deyib.

Guardian qəzeti yazır ki, sorğu 188 ölkədən olan 200 min adam arasında keçirilib. İşləməyə birinci 10-luqda Londonda, Nyu York və Parisdən sonra Sidney, Madrid, Barselona, Berlin, Toronto, Sinqapur, Roma gəlir.

Boston Conculting-in beynəlxalq məsələlər üzrə direktoru Mike Booker deyir ki, London həqiqətən qlobal şəhərdir. London nəinki yaxşı iş imkanı verir, həm də burda dünyanın ən yüksək səviyyəli incəsənət sərgiləri yerləşir.

Booker qeyd edir ki, London və Nyu York xaricdə anadan olmuş işçilərin şəhərləri hesab olunur. Londonun və Nyu Yorkun hər birində 3 milyon xaricdə anadan olmuş adam yaşayır.

İşləməyə ən yaxşı şəhərlər arasında birinci 40-lıqda ABŞ-ın 7 şəhəri var. Britaniyadan isə heç bir şəhər yoxdur.

Ali Aslan Gumus adlı bir türk deyir ki, “Türkiyədə siz soruşsanız ki, Britaniyada hara getmək istərdiniz? Mütləq cavab verəcəklər ki, Londona. Onlar Liverpul və ya Mançester deməyəcəklər.”

Paris haqda Booker deyir ki, Parislə bağlı hər şey incəsənətə gəlib çıxır. Siyasi, iqtisadi cəhətdən və iş tapmaq baxımından bura çətin yerdir. Ancaq bununla belə, Parisə can atan çoxdur.

Xaricilərin işləməyə ən çox getmək istədiyi ölkə ABŞ-dır, ikinci yerdə Britaniyadır.

Sorğuda işləməyə getmək istəyənlərin 42 faizi ABŞ-a, 37 faizi Britaniyaya getmək istədiyini deyib.

Eyni vaxtda britanilayıların özlərinin də 44 faizi xaricdə işləmək istərdi.

Fransızların və hollandların isə hətta 90 faizi xaricdə işləmək istəyir.

KOHL QORBACHOV HAQDA

Guardian qəzeti yazır ki, Qorbachov dövründə Almaniya kansleri olan Helmut Kohlla müsahibələr kitab şəklində dərc olunub. “Miras: Kohl əlyazmaları” adlı kitabda Kohl Qorbachov və Merkel haqda çox kəskin danışır. O deyir ki, SSRİ iqtisadiyyatı can verirdi, Qorbachov oyunun bitdiyini etiraf etdi. O , rejimi canlandıra bilmədi. Kohlun fikrincə, Qorbachov kommunizmə son qoydu. Ancaq bu,onun istəyinin əleyhinə oldu. Zorakılıqsız. Qansız.

Kohl deyir ki, o ha fikirləşir, Qorbachovun real olaraq daha nəyi miras qoyduğunu tapa bilmir.

Tarixdə ən uzun müddətli kansler olan, Almaniyanı birləşdirən Kohl vaxtilə indiki kansler Merkeli “qabağa itələyib”. Ancaq 1999-cu ildə dövlət xərcləri ilə bağlı qalmaqaldan sonra araları dəyib. İndi Kohl Merkel haqda deyir: “Merkel heç çəngəl-bıçağı da düzgün tuta bilmirdi. O, dövlət naharlarında “sülənirdi”. Hətta mən ona dedim ki, özünü toplasın”.

Guardian qəzeti yazır ki, 84 yaşlı Kohlun əlyazmalarındakı bu ton belə təəssürat oyadır ki, o, bunların çap olunacağını düşünməyib. Sayı 100 olan bu müsahibələri jurnalist Herbert Schwan 2001-2002-ci illərdə götürüb. Schwan deyir ki, bunlar Kohlun bioqrafiyasının 4-cü cildi olmalı idfi. Ancaq onu Kohlun bioqraflığından çıxardıblar və tələb olunub ki, müsahibələrin lent yazılarını təhvil versin. Bundan sonra Schwan müsahibələri dərc etmək qərarına gəlib.

Guardian Kohlun xatirələrindən bir psixoloji nəticə də çıxarır ki, Kohl gözlədiyi qiyməti almayan siyasətçi təəssüratı bağışlayır.

İD NÜVƏ SİLAHINI ƏLƏ KEÇİRMƏYİ DÜŞÜNÜR

İndependent qəzeti yazır ki, İslam Dövləti yaraqlılarının komandanlarından birinin evinə reyd zamanı bir sənəd tapılıb. Bu sənəd İD-nin iddialarının nə qədər böyük olduğunu göstərir.

Manifest sayağı sənəddə 70 bənd var.

İD nüvə silahlarını ələ keçirmək istəyir.

O, İranın qara kürü sənayesini, xalça sənayesini məhv etmək arzusundadır. İD bunun yerini əfqan xalçaları ilə doldurmaq istəyir.

Bu sənədi mart ayında İraq təhlükəsizlik qüvvələri ələ keçirib. Sənədin həqiqiliyini təhlükəsizlik xidmətləri təsdiqləyir. Sənədi Abdullah Ahmed al-Meshedaninin yazdığı güman olunur. O, İD-nin ən yüksək vəzifəli komandanlarındandır.

Sənəddə Rusiya ilə bağlı deyilir ki, İD İraqda qaz yataqlarına nəzarət edir, İD bunları Kremlə verə bilər. Bir şərtlə ki, Kreml İranı dəstəkləməkdən imtina etsin, İranın nüvə proqramının sirlərini versin. Bundan başqa, Kreml Bashar Assadi dəstəkləməsin və Korfəz ölkələrinin İrana qarşı mövqeyini dəstəkləsin.

LATVİYADA SEÇKİDƏN SONRA QORXU YARANIB

Belə baxanda, Latviyada parlament seçkilərində hakim 3 partiyalı koalisiya 62 faiz səs yığdı. Bu da 100 yerlik parlamentdə onlara 63 yer verəcək.

Seçkidən qabaq hakim koalisiyanın 57 yeri var idi.

Bəs Latviyada seçkidən sonra nədən qorxurlar?

Financial Times qəzetinin yazdığına görə, Latviyada qorxurlar ki, seçkidə Harmoniya partiyasının uğuru Rusiyaya qapıları aça.

Bloklar arasında hakim koalisiya ən çox səs yığıbsa, partiyalar arasında ən çox səs toplayan Harmoniya partityasıdır. Harmoniya partiyası və Ürəkdən Latviya Uğrunda solşu qrupu 27 faiz səs toplayıb. Latviyalıları narahat edən odur ki, bu birliyi əsasən rusdillilər dəstəkləyir.

Harmoniyanın lideri Riqa meri Nil Ushakovdur. O, gəncdir, xarizmatikdir. Ancaq etnik rusdur. Latviyalılar qorxur ki, Ushakov hökumət formalaşdırsa,Kremlin Latviyaya nüfuzu artacaq.

Latviyada etnik ruslarla bağlı problemlər var. Latviyada bir çox etnik ruslar vətəndaş deyil.Onların səyahət üçün sənədləri var, ancaq pasportları yoxdur. Buna görə onlar səs verə bilmirlər.

Latviya sovet dövrünü işğal dövrü hesab etdiyinə görə, əcdadları 1940-cı ildən əvvəl Latviyada yaşaymayanlardan tələb olunur ki, Latviya tarixindən və mədəniyyətindən imthan versinlər. Latviyada belə 282 min qeyri-vətəndaş var. Latviyanın əhalisi isə 2 milyondur.

Günün bütün mövzuları

XS
SM
MD
LG