Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:36

"Ədəbiyyat Nobeli"nin veriləcəyi gün açıqlandı


Nobel Medalı
Nobel Medalı

-

Ədəbiyyat üzrə Nobel Mükafatının bu ilki sahibi oktyabrın 9-da Bakı vaxtilə saat 16 00-da açıqlanacaq.

Bu barədə elan Nobel Mükafatının saytında yerləşdirilib. Qalibi İsveç Akademiyasının daimi katibi Peter Englund elan edəcək.

"Ədəbiyyat Nobel"inin verilmə tarixinin açıqlanması adətən başqa "Nobel"lərdən sonraya saxlanır.

Ədəbiyyat sahəsindəki ən nüfuzlu mükafata Azərbaycandan namizədin olub-olmaması bilinmir, amma Azərbaycan yazıçısı Əkrəm Əylisli oktyabrın 10-da saat 14 00-da qalibi elan ediləcək Nobel Sülh Mükafatına namizəddir.

Norveç Nobel Komitəsinə ünvanlanan müraciətdə Ə. Əylislinin “Azərbaycan və Ermənistan xalqları arasındakı düşmənçiliyin aradan qaldırılmasında mərdlik göstərdiyi” vurğulanıb.

Müraciəti dünyanın müxtəlif ölkələrindən olar, yazarlar, alimlər imzalayıblar.

Ötən il Nobel Sülh Mükafatına Kimyəvi Silahın Qadağan edilməsi Təşkilatı, "Ədəbiyyat Nobeli"nə isə Kanada yazıçısı Alice Munroe layiq görülüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG