Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:56

Tacikistanda yüzlərlə saytın bağlandığı bildirilir


Tacikistandakı internet istifadəçilərinin bildirdiyinə görə oktyabrın 5-dən bəri FacebookYouTube daxil olmaqla, yüzlərlə sayt bağlanıb.

Tacikistanın İnternet Servis Provayderləri Assosiasiyasının sədri Asomuddin Atoev oktyabrın 6-da AzadlıqRadiosuna deyib ki, azı 200 sayta çıxış mümkün deyil. Rusiyanın məşhur sosial şəbəkələri də bu siyahıya daxildir.

Medianın yazdığına görə, səbəb müxalifətin sosial şəbəkələrdə oktyabrın 10-da etiraza çağırışları ola bilər.

Çağırışları mühacirətdə olan müxalifət lideri Umarali Quvatov-un başçılıq etdiyi Group 24 təşkilatı edib.

Dövlət Kommunikasiya Xidmətlərinin rəhbər müavini Rafiqjon Shokirov AzadlıqRadiosuna deyib ki, xidmət “hər hansı saytın bağlanmasına göstəriş verməyib”.

Onun sözlərinə görə, “facebook da daxil olmaqla bəzi saytların bağlanmasına dair məlumatlar həqiqətə uyğun deyil”.

Son iki ildə Tacikistan hakimiyyəti populyar veb-saytların bağlanmasında ittiham olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG