Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:56

Qurban bayramında təcili tibbi yardıma çağırışlar artıb


Qurban bayramı ilə əlaqədar Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasına çağırışların sayı artıb.

Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev ANS PRESS-ə açıqlamasında bildirib ki, adi günlərdən fərqli olaraq qeyri-iş günlərində çağırışlar təxminən 10 faiz artıb.

Adi günlərdə çağırışlar 1600-ə qədər olurdusa, qeyri-iş günlərində 1700-1800 çağırış olub. Çağırışların əksəriyyəti ürək-damar sistemində yaranan problemlərlə bağlıdır", - deyə Oqtay Şahmalıyev bildirib.

Çağırışların çoxu insultla bağlı olub. Həkimlər bunu bayram günlərində yağlı və kalorili qidalar qəbul edilməsində görür.

Günün bütün mövzuları

XS
SM
MD
LG