Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:15

ABŞ dolları ilk dəfə olaraq rus rubluna nisbətdə 40-dan qalxıb. Bir dollar 40.04 rubla bərabər olub. RİA NovostiTASS oktyabrın 6-da Moskva birjasında rublun biraz da düşdüyünü xəbər verir.

Son 3 ayda Rusiya valyutası davamlı olaraq düşür. Səbəb Rusiyanın Ukrayna münaqişəsindəki roluna görə ABŞ və Avropa Birliyinin qoyduğu sanksiyalardır.

İyulun əvvəlində bir dollara 34 rubl almaq olardı. Oktyabrın 4-də isə bir dollar 39.70 rubla bərabərləşdi.

1991-ci ildə Sovet ittifaqının çökməsindən sonra rublun səviyyəsi diqqətlə izlənir. Rusiyalıların çoxu ona iqtisadi güc və ya zəiflik faktoru kimi baxır.

Rublun dollara nisbətdən 40-dan düşməsini Kremlin düşmənləri, məsələn Alexei Navalny alqışlayıb. O, qeyd edib ki, yuvarlaq rəqəm hesablamaları sadələşdirəcək.

XS
SM
MD
LG