Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:20

"New York Times"-ın Kabil üzrə veteran müxbiri Matthew Rosenberg Əfqanıstana qayıda və işini bərpa edə bilər. Yeni and içmiş prezident Ashraf Ghani oktyabrın 5-də deyib ki, Rosenberg istədiyi vaxt qayıda bilər.

Rosenberg avqustda keçmiş prezident Hamid Karzai hökuməti tərəfindən ölkədən çıxarılıb. O, məqaləsində iddia edirdi ki, prezident seçkisi mübahisəsindən dolayı nazirlər və rəsmilər hakimiyyəti ələ keçirməyə çalışır.

Jurnalistin qovulmasına dair əmrdə onun kəşfiyyatla əlaqələrinin olduğu deyilirdi.

Prezident Ghani tvitter hesabında yazıb:

“Vəd verildiyi kimi, baş prokurordan xahiş etmişəm ki, ABŞ jurnalistinə qadağaya son qoysun və onun Əfqanıstana qayıtmasına icazə verilsin. Biz mətbuat azadlığa hörmət edirik”.

Günün bütün mövzuları

XS
SM
MD
LG