Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:15

Honq Konqda dövlət qulluqçuları oktyabrın 6-da işə çıxıblar. Ötən həftə şəhər mərkəzini tutmuş etirazçılar azalıb, ancaq yüzlərlə nümayişçi hələ də küçələrdə qalır.

Etirazçılar deyir ki, əsaslı siyasi islahatlar tələblərinə dair hökumətə danışıqlar üçün addımlar atıblar, ancaq danışıqlar hələ başlamayıb.

Nümayişdə tələb olunurdu ki, Honq Konq rəhbərliyinə namizədləri Honq Konq özü təklif edə bilsin.

Bu etirazlar Honq Konq və Pekin hakimiyyəti üçün ən böyük siqnal oldu. Keçmiş Britaniya müstəmləkəsi 1997-ci ildə Çin üsul-idarəsinə qayıdıb.

XS
SM
MD
LG