Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:31

Braziliya seçki rəsmiləri bildirir ki, 5 oktyabr prezident seçkisinin ikinci raundu Prezident Dilma Rousseff və sağçıların təmsilçisi Aecio Neves arasında keçiriləcək.

Səslərin 98 faizi sayılıb, Roussef 41 faizdən bir az artıq, Neves isə 34 faiz toplayıb.

Neves senatordur, Sosial Demokratiya Partiyasından qubernator da olub. O, son on ildə Braziliyada iqtisadi tərəqqinin əsasını yaradıb.

Sosialistlərdən olan müxalifət namizədi Marina Silva səslərin 21 faizdən çoxunu qazanıb. Keçmiş ətraf mühit naziri Silva son vaxtlar rəy sorğularında öndə gedirdi. O, Roussef-in hakim Fəhlə Partiyasından çıxıb.

Roussef səslərin 50 faizdən çoxunu qazana bilməsə, oktyabrın 26-da ikinci raundda ən yaxın rəqibi ilə mübarizə aparmalı olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG