Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:01

ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Victoria Nuland oktyabrın 6-da Kiyevə gedəcək. O, Ukrayna hökumətinin yüksək rütbəli rəsmiləri ilə görüşəcək. Dövlət Departamenti bildirir ki, Nuland “Birləşmiş Ştatların Ukraynada gedən islahat cəhdlərinə yardım öhdəliyini, Ukraynanın şərqində münaqişənin statusunu, eləcə də ABŞ-ın Ukraynanın ərazi bütövlüyünə dəstəyini müzakirə edəcək”.

Nulandın səfəri rusiyayönlü separatçılarla atəşkəsin pozulduğu bir vaxta təsadüf edir. Ordunun sözçüsü Volodymyr Polyovy oktyabrın 5-də Kiyevdə deyib ki, ötən 24 saat ərzində iki ukraynalı hərbi xidmətçi həlak olub, ölkənin şərqində hökumət qüvvələri hücuma məruz qalıb.

Separatçıların nəzarətində olan Donetskdə isə yaraqlıların təmsilçisi Eduard Basulin bildirib ki, ötən 24 saat ərzində 3 rusiyayönlü yaraqlı öldürülüb. Onlar Ukrayna ordusunun nəzarətində olan hava limanı uğrunda döyüşdə həlak olub. Bir neçə həftədir yaraqlılar hökumət qüvvələrini hava limanından çıxarmağa çalışır.

XS
SM
MD
LG