Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:26

Qroznıda partlayışda 4 polis ölüb


Chechnya -- The site of a suicide attack in Grozny, October 5, 2014

Chechnya -- The site of a suicide attack in Grozny, October 5, 2014

Qroznıda şəhərin 196 illiyinə həsr olunan konsert keçirilməli yerin yaxınlığında partlayış olub.

Rusiyanın yerli xəbər agentlikləri oktyabrın 5-də bildirirlər ki, metal detektoru ilə işləyən polis əməkdaşı konsert yerinin yaxınlığındakı yeri yoxlayarkən kütlənin içərisində bir gəncin davranışından şübhələnib. Polis həmin gəncə yaxınlaşmaq istəyəndə o, üstündəki partlayıcını partladıb. Partlayışda 4 polis ölüb. Ən azı 3 nəfər də yaralanıb.

Yerli hakimiyyətin məlumatına görə, ölən şəxs Qrtoznının Straopromyslov rayonundandır. Onun adı bildirilmirdi.

Ancaq bir qədər sonra elan olundu ki, bu, 19 yaşlı Opti Mudarovdur.

Qroznı Şəhər Günü adlı bayramı qeyd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG