Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:03

Rusiyanın baş naziri Dmitri Medvedev Çeçenistan prezidenti Ramzan Kadyrovun ad günü ilə bağlı ona və anasına təbrik göndərib. Medevedev təbrik üçün İnstagramdan istifadə edib.

Videodakı mesaj Kadyrovu ad günü münasibətilə təbrik edir, bunun arxasınca “Aymani Nisievnaya məndən təbriklər!” mesajı gəlir.

Aymani Nisievna Ramzan Kadyrovun anasıdır.

Sentyabrın 14-də Kadyrov Medvedevə ad günü ilə bağlı təbrik göndərmişdi. Orda Medevedevə Çeçenistana dəstəyə görə minnətdarlıq bildirilirdi və deyilirdi ki, indiki şəraitdə bu, xüsusilə əhəmiyyətlidir.

“İndiki şərait” deyəndə, Kadyrov “bəzi qərb dövlətlərinin dost olmayan hərəkətlərini” nəzərdə tuturdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG