Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:14

ABŞ vitse-prezidenti Joe Biden Türkiyə prezidenti Erdogana zəng edib və üzr istəyib. Bunu Associated Press agentliyi xəbər verir. Biden oktyabrın 2-də Harvard Kennedy Məktəbində demişdi ki, xarici yaraqlıların Türkiyə ərazisindən Suriyaya keçməsinə icazə verməkdə Türkiyənin səhv etdiyini Erdoğan etiraf edib.

Bundan sonra Erdogan bildirdi ki, o, Türkiyənin səhv etdiyini heç vaxt deməyib. Onun sözlərinə görə, əksinə, Türkiyə 6 min yaraqlının Suriya ərazisinə keçməsinə imkan verməmişdi.

Erdogan jurnalistlərə demişdi ki, əgər Biden üzr istəməsə, “O, mənim üçün keçmişdə qalacaq”.

Günün bütün mövzuları

XS
SM
MD
LG