Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:24

-

Hakimiyyəti tənqid edən yazıları ilə tanınan məhbus-jurnalist Sərdar Əlibəyli adının "siyasi məhbuslar" sırasından çıxarılmasını istəyir. Bu haqda onun 14 nömrəli cəzaçəkmə müəssisəsindən göndərdiyi müraciətdə yazılıb.

KİV rəhbərlərinə və müxalifət liderlərinə ünvanladığı bəyanatda Sərdar Əlibəyli bildirir ki, Avropa Parlamentinin son qətnaməsindən narahatlıq keçirir, Azərbaycanın dünyanı yenidən bölmək istəyən transmilli qüvvələrin hədəfinə tuş gələcəyindən narahatdır.

Sərdar Əlibəyli müxalifəti barışığa səsləyir. Adının da “vicdan məhbusu”siyahısından çıxarılmasını istəyir.

Sərdar Əlibəyli

Sərdar Əlibəyli

​“Müstəqilliymizin və dövlətin qorunması yolunda onları birgə fəlaiyyətə səsləyirəm. Dövlətimizin yaşaması, Azərbaycanın qazandığı uğurların qorunması və inkişaf etdirilməsi, Qarabağ sorununun çözülməsi üçün illərdir davam edən düşmənçilik ritorikasından əl çəkib “yurdda sülh, cahanda sülh” amalı ilə barış və əməkdaşlıq ritorikasına keçməyin vaxtıdır deyə düşünürəm”.

Sərdar Əlibəyli «P.S.Nota» saytının redaktorudur. 2013-cü ildə həbs olunaraq xuliqanlıq, tanımadığı şəxsə xəsarət yetirmə ittihamı ilə 4 il azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG