Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:51

Latviyada seçkini hakim blok uddu, partiyalar arasında isə rusdilləri dəstəkləyən partiya ən çox səs yığıb


Latviyada parlament seçkilərində hakim blok qələbə qazanıb.

Mərkəzi Seçki komissiyasının məlumatına görə, səslərin 95 faizi sayılıb və sağ-mərkəzçi hökumət bloku parlamentdə əksəriyyəti qazanıb.

Baş nazir Laimdota Straujumanın Birlik partiyasının, Yaşıllar və Fermerlər Birliyinin, Milli Alyansın daxil olduğu blok səslərin 58 faizini yığıb.

Partiyalar arasında isə ən çox səs yığan solçu müxalifət partiyası Harmoniyadır. Bu partiyanı əsasən ölkənin rusdilli əhalisi dəstəkləyir.

Harmoniya 23 faiz səs toplayıb.

XS
SM
MD
LG